Portuqaliya ikinci liqasında XXXVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" da növbəti matçına çıxıb.
Baş mışqçi dəyişikliyi edən Lissabon təmsilçisi səfərdə "Farense" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Yeni baş məşqçi ilə ilk oyun komandası üçün uğursuz alınsa da, Amit üçün düşərli olub. Belə ki, start heyətdə meydana çıxan futbolçumuz sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Atletiko" hazırda 35 xalla 22-ci pillədə qərarlaşıb.
Fanat.az