İtaliyanın "Empoli" klubu baş məşqçisi Aurelio Andreaççoli ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, buna səbəb komandanın A Seriyasında uğursuz çıxışı olub. Klub rəhbərliyi baş məşqçini doğum günündə işdən qovub. Həmin gün italyan mütəxəssisin 65 yaşı tamam olurdu.
"Empoli"nin yeni baş məşqçisinin Cüzeppe Yakın olacağı gözlənilir.
Qeyd edək ki, "Empoli" ölkə çempionatında 6 xalla 18-ci pillədə qərarlaşıb.
Fanat.Az