Qurban Qurbanov: "Kamranın Kosovoya getməməsi..."

Qurban Qurbanov: "Kamranın Kosovoya getməməsi..."

Millinin çalışdırıcısı Qurban Qurbanov Kamran Ağayevin zədəsini bəhanə edərək seçmənin Millətlər Liqasında Kosovo ilə matça getməməsi haqda yayılan informasiyalara münasibət bildirib. Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində bu gün baş tutan "Qarabağ” – "Sabah” (1:1) qarşılaşmasından sonra keçirilən mətbuat konfransına qatılan Qurban bəy gündəmi zəbt edən mövzu barədə suala ikibaşlı cavab verib.

 

Fanat.Az xəbər verir ki, mütəxəssis təmsilçimizin 0:4 hesabıyla uduzduğu qarşılaşmaya qəsdən yollanmadığı deyilən qolkiper haqda belə danışıb:

 

"İstəməzdim ki, komanda, oyunçu haqda belə düşüncələr səslənsin. Ola bilər ki, ciddi bir şey yox idi. Ağrılar hiss oluna bilərdi. Onun oynamamasına görə narahat deyiləm. Məni narahat edən Kosovoya getməməsi idi. Hər şeyi futbolçunun üzərinə buraxmışıq. İstəmərəm ki, oyunçuların üzərinə çox gedilsin”.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər