"Barselona"dan "Atletiko"ya keçir - Razılıq əldə olunub

"Barselona"dan "Atletiko"ya keçir - Razılıq əldə olunub
"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç mövsümün sonunda "Atletiko"ya keçə bilər.
Fanat.Az xəbər verir ki, Rakitiç artıq Madrid klubu ilə müqavilənin şərtlərini razılaşdırıb. "Marca" nəşrinin məlumatına görə, xorvat futbolçu "Atletiko" rəsmiləri ilə görüşü zamanı təklifi qəbul edib. Onun ailəsinin artıq Madrid yaxınlığındakı Boadilye-del-Montedə ev aldığı bildirilir.
Qeyd edək ki, Rakitiçin "Barselona" ilə olan müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər