"Ayaks"ın qapıçısı Andre Onana karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "De Telegraaf"a istinadən xəbər verir ki, "Barselona" Onananın xidmətində maraqlıdı. Katalon klubu kamerunlu qolkiper qarşılığında Neto ilə yanaşı, gənc xavbekləri - Karles Alenya ("Betis"də icarə əsasında oynayır - Fanat.Az), Riki Puç və ya Aleks Kolyadodan birini təklif edib.
Daha əvvəl Amsterdam təmsilçisinin Onanaya görə 40 milyon avro tələb etdiyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az