"Barselona" Koutinyunu 75 milyon avroya satmağa hazırdı

"Barselona" Koutinyunu 75 milyon avroya satmağa hazırdı
"Bavariya"da icarə əsasında çıxış edən, "Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyu İngiltərəyə qayıda bilər.
Fanat.Az "Sport" nəşrinə istinadən xəbər verir ki, "Lester" və "Everton" Koutinyu ilə ciddi şəkildə maraqlanırlar. Daha əvvəl oyunçunun adı "Çelsi", "Tottenhem" və "Arsenal"la da birlikdə hallanırdı.
"Barselona" daha öncə braziliyalı futbolçunun satışından 90 milyon avro gəlir əldə etmək istəsə də, rəhbərlik hazırkı vəziyyətdə bunun mümkün olmadığını başa düşür. Bu səbəbdən "blauqrana"nın 75 milyon avro qarşılığında Kounun transferinə icazə verəcəyi bildirilir.
27 yaşlı oyunçunun yenidən 1 il müddətinə icarəyə verilməsi də ehtimal daxilindədi. İcarə müqaviləsində satınalma bəndinin olması istisna deyil. Bu variant "Everton"u qane edir. "Mersisaydlılar"ın "Barsa" ilə münasibətləri yaxşıdı. "Everton" Yerri Mina, Andre Qomeş və Lüka Din kimi futbolçuları məhz katalon klubundan transfer edib.
Qeyd edək ki, Koutinyu 2013-2018-ci illər aralığında "Liverpul"da oynayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər