"Barsa" Superkuboku da apardı

"Barsa" Superkuboku da apardı

Futbol üzrə İspaniya Superkubokunun qalibi bəllidi.

 

 

Fanat.Az xəbər verir ki, mükafat uğrunda La Liqanın qalibi "Barselona” ilə İspaniya Kubokunun son finalçısı "Sevilya” mübarizə aparıb.

 

 

"Sevilya” 9-cu dəqiqədə Pablo Sarabia ilə önə keçibsə, 42-ci dəqiqədə Jerar Pike bərabərlik topunu vurub. 78-ci dəqiqədə isə Usman Dembele fərqlənib - 2:1. Bu top Kataloniya təmsilçisinin Superkuboku qazanmasına bəs edib.

 

 

 

Bu, "Barselona”nın tarixində 13-cü Super Kubok zəfəridi. Kataloniya klubu 1983, 1991, 1992, 1994, 1996, 2005, 2006, 2009, 2010, 2011, 2013 və 2016-cı

illərdə də İspaniya Super Kubokunu başı üzərinə qaldırmışdı. "Sevilya” isə cəmi bir dəfə - 2007-ci ildə Super Kubokda qələbə sevinci yaşayıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər