"Barselona" bu yay müdafiəçisi Emersonla yolları ayırmaq istəyir.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı braziliyalının satışından 30 milyon avro qazanmaq istəyir.
Emersonu "Milan" heyətinə qatmaqda maraqlıdı. Hazırda İtaliya təmsilçisi futbolçunun agenti ilə danışıq aparır.
Arxa xətt oyunçusu son mövsümü icarə əsasında "Betis"də keçirib. "Betis"in formasıyla İspaniya Primyerasında 33 matça çıxan cənubi amerikalı 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari "futbol ili"ndə İspaniya Kubokunda 1 görüşə çıxmağa da imkan tapıb.
Fanat.Az