"Barsa" baş məşqçisini yola saldı - RƏSMİ

"Barsa" baş məşqçisini yola saldı - RƏSMİ
"Barselona” baş məşqçisi Kike Setyenin istefaya göndərildiyini rəsmən açıqlayıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Komandanın Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı biabırçı məğlubiyyətindən sonra bu qərar gözlənilirdi. Klub prezidenti Xosep Bartomeu da Setyeninin istefaya göndəriləcəyini təsdiqləmişdi.
 
Kataloniya təmsilçisi yeni baş məşqçinin adını yaxın günlərdə açıqlayacağını bildirilib.
 
Qeyd edək ki, Setyen bu ilin yanvarından "Barselona"nın çalışdırırdı. Onun rəhbərliyi altında komanda La Liqada 2019/20 mövsümünü ikinci pillədə tamamlayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər