"Barsa" albaniyalı hücumçu aldı - RƏSMİ

"Barsa" albaniyalı hücumçu aldı - RƏSMİ

"Barselona" rənglərinə yeni hücumçu bağlayıb. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Albasete"dən Rey Manajı alıb.

Albaniyalı forvardla müddəti 2023-cü ilin yayında bitəcək müqavilə imzalanıb. "Barsa" 22 yaşlı Manaja görə qarşı tərəfə 700 min avro ödəyib. Qeyd edək ki, sözügedən ön xətt oyunçusu bu mövsüm Sequndada 10 görüşdə 3 qola imza atıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər