Barkola qərarını qətiləşdirdi

Barkola qərarını qətiləşdirdi

Bredli Barkola PSJ ilə yeni müqavilə imzalamayacağını bildirib.

Fanat.Az məhşur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, fransalı vinger bu yay transfer fürsətlərini dəyərləndirmək istədiyini və Paris təmsilçisi ilə sözləşmə imzalamayacağını söyləyib.

23 yaşlı futbolçunun PSJ ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Fransalı oyunçu “Liverpul”un əsas hədəfidir.

Qeyd edək ki, Barkola ötən mövsüm ümumilikdə 49 matça çıxıb, 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər