Balotellinin yeni klubu bilindi - SON DURUM

Balotellinin yeni klubu bilindi - SON DURUM

İtaliyalı ulduz hücumçu Mario Balotelli karyerasını Bolqarıstanda davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, Türkiyənin "Adana Dəmirspor" klubundan ayrıldıqdan sonra bir neçə aydır azad agent statusu daşıyan 34 yaşlı forvard Sofiya ÇSKA-sı ilə danışıq aparır. 

İnformasiyanı yerli "Topsport" yayıb. Mənbənin məlumatına görə, paytaxt klubu Balotelli ilə bağlı razılığa gəlmək üzrədir. 

Mario Balotelli karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan” və “Liverpul” kimi bir çox klubda çıxış edib. "Transfermarkt" onun dəyərini 650 min avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər