İtaliyalı hücumçu Mario Balotellinin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Cenoa" rəsmi saytı vasitəsilə 34 yaşlı futbolçu ilə müqavilə imzaladığını açıqlayıb.
Müqavilənin müddəti açıqlanmasa da, mətbuat Marionun 2024/2025 mövsümünün sonuna qədər A Seriya klubunda çıxış edəcəyini iddia edir.
Balotelliyeni komandasında 45 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mario Balotelli "Adana Dəmirspor" klubundan ayrıldıqdan sonra azad agent statusunda idi.
“Cenoa” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 18-ci yerdədir.