Balotellinin qardaşı da Türkiyədə top qovacaq

Balotellinin qardaşı da Türkiyədə top qovacaq

Ulduz futbolçu Mario Balotellinin qardaşı Enok Barvua da Türkiyədə top qovacaq.

Fanat.Az xəbər verir ki, 1-ci liqa komandalarından "Menemenspor" bu mövsüm Superliqa klubu "Adana Dəmirspor"da çıxış edən dünyaca məşhur hücumçunun qardaşı ilə müqavilə bağlayıb. 

Klubdan verilən açıqlamasında deyilir: "Enok Barvua Balotelli ilə 1 illik icarə müqaviləsi imzaladıq. "Menemenspor"a və futbolçumuza uğurlar". 

Böyük qardaşı kimi, 28 yaşlı Enok da mərkəz hücumçusu mövqeyində çıxış edir. O, son olaraq İtaliyada "Seriya D"-də "Karavaggio"da çıxış edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər