Balotellinin narkotacir olduğu iddia olunur

Balotellinin narkotacir olduğu iddia olunur

"Milan" forması geyən Mario Balotellinin 2010-cu ildə narkotik satdığı iddia edildi.

Balotellinin 3 il əvvəl Napoliyə etdiyi bir ziyarət əsnasında qaranlıq işləriylə tanınan Scampia bölgəsində mafiya ilə görüntüləri ortaya çıxıb.

Məhkəmədə danışan Armando De Rosa hakimlərə Balotellinin oraya gələrək zarafat məqsədi ilə küçədə narkotik satmaq istədiyini söylədiyini ifadə etdi.

"Müştəridən Balotellini tanıyıb-tanımadığını soruşduq, amma tanıdığına dair hər hansı bir ipucu vermədi", deyə bildirib.

Balotellinin iddialara cavabı isə son dərəcə sərt olub və bunlara təhqirlə cavab verib.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər