Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini (Roberto Mancini) 31 yaşlı futbolçu Mario Balotellinin yığmaya dəvət almaq şansını dəyərləndirib.
Fanat.Az "Sky İtaly" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis milliyə dəfət üçün yaş həddinin olmadığını dilə gətirib:
“Balotelli? Uzun illər birlikdə işləmişik. Bilmirəm. Mario indi 31 yaşındadır. Amma milli komandanın qapıları güclü oyun sərgiləyə bilən hər kəs üçün açıqdır. Biz heç kimi unutmamışıq. Lazım gəldiyi halda milli komanda üçün bütün mümkün variantları araşdırmağa hazırıq".
Xatırladaq ki, Mario Balotelli hazırda Türkiyənin "Adana Demirspor" klubunun şərəfini qoruyur.
Emin Şəmsiyev