Balotelli Almaniyada oynamaq istəyir: "Hələ də ən güclü mənəm"

Balotelli Almaniyada oynamaq istəyir: "Hələ də ən güclü mənəm"

"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli İtaliya millisi ilə Avropa çempionatında oynamaq arzusundadır.

Fanat.Az xəbər verir ki, o, bu istəyini “Daily Sports”-a açıqlamasında dilə gətirib.

“Düşünürəm ki, sağlam vəziyyətdə hələ də ən güclüyəm. Raspadori və Skamakka son matçda rəqib qapısına neçə zərbə vurdular? İki? Zədəmi sağaldandan sonra yenidən millidə oynamaq istəyirəm. Mən həmişə yığmaya çağırılacağıma ümid edirəm. Spaletti ilə bir neçə dəfə görüşmüşəm, yaxşı söhbətimiz olub”.

Qeyd edək ki, Balotelli 2018-ci ildən İtaliya millisində oynamır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər