Kriştianu Ronaldunun (Cristiano Ronaldo) oğlu Junior Ronaldu (Ronaldo junior) "Mançester Yunayted" U-12 komandasında oynayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "A Bola" portalı məlumat yayıb.
Junior Ronaldu bu klubda Ueyn Runinin (Wayne Rooney) oğlu ilə birlikdə top qovacaq.
"Oğlumun bu idman növünə böyük həvəsi olduğu üçün onun futbolçu olmasını istəyirəm. O, uduzmağa nifrət edir", - deyə Ronaldu oğlu barədə danışarkən deyib.
Xatırladaq ki, avqustun 31-i Ronaldu "Mançester Yunayted"lə müqavilə imzalayıb.
Emin Şəmsiyev