“Baku United” ili rekord hesablarla başa vurdu

“Baku United” ili rekord hesablarla başa vurdu
İngiltərə futzal liqasının favoriti olan “Baku United” 2013-cü ili rekord hesablarla başa vurub. Fanat.az xəbər verir ki, ötən gün İngiltərənin güclü komandalarından biri hesab olunan “Vest London”u 12:2 hesabı ilə məğlubiyyətə uğradan “Baku United” futzal liqasının ən güclü klubu olduğunu bir daha göstərib. 
“Baku United” 2013-2014 İngiltərə futzal liqası mövsümünün 4 ayı ərzində 7 oyun keçirib və bütün oyunlarda böyük fərqlə rəqiblərini sıradan çıxarıb. Komanda İngiltərədə ən güclü qrup hesab olunan Cənub qrupunda oynayır. Bu qrupun qalibi adətən ölkə çempionluğuna ən real namizəd hesab edilir. 2012-2013 İngiltərə futzal liqasının qalibi olan "Baku United" növbəti mövsümdə də çempion titulunu əldə etmək niyyətindədi. Ölkə çempionu UEFA kuboku uğrunda oyunlara vəsiqə qazanır. 
Xatırladaq ki, “Baku United”in əsas heyətinə güclü Portuqaliya milli yığmasının kapitanı, Avropanın aparıcı klubu olan "Barselona"nın müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya milli yığmasından iki oyunçu və digər ulduz oyunçular daxil edilib. İspaniyalı məşhur məşqçi Çama Himenez komandanın məşq qrafikini gücləndirib.
“Baku United” İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatı tərəfindən yaradılıb. Komanda heyətinə azərbaycanlılarla yanaşı ispanlar, portuqallar, ingilislər, polyaklar, serblər daxildir. Klubun prezidenti İlham Nağıyevdi.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər