“Bakı” “Zenit”ə uduzdu

“Bakı” “Zenit”ə uduzdu

Artıq 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında II Qəbələ Kubokuna start verilib. A qrupunda “Qəbələ”, “Beşiktaş” (Türkiyə), “Barcelona” (İspaniya) və “Şaxtyor” (Ukrayna), B qrupunda isə “Bakı”, “Porto” (Portuqaliya), “Zenit” (Rusiya) və “Feyenoord” (Hollandiya) növbəti tura vəsiqə uğrunda mübarizə apardılar.

"Bakı" Russiyanın “Zenit”i ilə qarşılaşdı. İlk hissədə hesabın açılmamasına baxmayaraq,  “Bakı” U-15 iki qol momenti yaradaraq, rəqibindən daha fəal olduğunu göstərdi. Belə ki, oyunun 1-ci hissəsi 0:0 hesabı ilə yekunlaşdı.

İkinci hissədə daha cəld olan rəqib komanda hesabı açmağa nail oldu, 0:1. Təzyiqi artıran “Zenit” növbəti qolu vuraraq, 2:0 hesabı ilə qalib oldu.

Məlumat üçün:

Qəbələ – Şaxtyor 1:1

Beşiktaş – Barcelona 1:3

 Porto – Feyenoord 1:0

Bakı – Zenit 0:2

Qeyd edək ki, "Bakı" növbəti oyununu bu gün saat 19:00da Portuqaliyanın “Porto” komandası ilə keçirəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər