“Bakı” baş məşqçisiz qaldi

“Bakı” baş məşqçisiz qaldi
“Bakı” futbol klubunun rəhbərliyi baş məşqçi Bojidar Bandoviçi istefaya göndərir.

Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

O bildirib ki, cari mövsüm uğursuz çıxışdan sonra serbiyalı çalışdırıcı ilə işbirliyinə xitam verilib: “Artıq Bandoviçlə söhbət etmişik. Belə qərara almışıq ki, yollarımızı ayıraq. Düzdür, onunla hələ 1 illik müqaviləmiz qalmışdı. Bu üzdən də ona kompensasiya ödənməli idik. Bandoviç də komandanın uğursuz çıxışına görə belə addım atdığımızı başa düşüb, kompensasiyanın 2/3 hissəsindən imtina etməyə razı oldu. Belə razılaşdıq ki, kompensasiyanın 1/3-ni ödəməklə, onu yola salaq”.

Məmmədov bildirib ki, artıq məsələnin rəsmiləşməsi qalır. Bu isə klub prezidenti Hafiz Məmmədovun qərarı ilə təsdiqlənəcək.

Yeni baş məşqçi ilə bağlı məsələyə də məhz klub rəhbəri qərar verəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər