Azərbaycan Qolf Federasiyası (AQF) barəsində inzibati iş başlanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, AQF haqqında "Bakcell" MMC iddia qaldırıb.
Qarşı tərəf müqavilə üzrə öhdəliklərə əməl etməməkdə ittiham olunub. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. Kənan Hüseynov iş üzrə hakim təyin edilib.
Məsələ ilə bağlı AQF ilə əlaqə saxladıq. Maraqlıdır ki, federasiyanın mətbuat xidmətindən redaksiyamıza verilən açıqlamada məhkəmədən xəbərsiz olduqlarını bildirdilər: "Məlum olduğu kimi, iki il əvvəl federasiyada rəhbər dəyişikliyi oldu. Ötən bu müddətdə bizim "Bakcell" ilə heç bir əməkdaşlığımız, belədə təbii ki, mübahisə çəkişməmiz olmayıb. Qarşı tərəfdən bizə heç bir iddia bildirişi də gəlməyib. Ola bilsin, əvvəlki rəhbərliyin dönəminə aid hansısa mübahisə olub. Ancaq bu barədə məlumatlı deyilik. Bizə də maraqlıdır, problemin kökündə nə dayanır. Aydınlaşdırmağa çalışacağıq".
Mirağa