Bakayoko Fransa klubuna qoşulmağa yaxındır

Bakayoko Fransa klubuna qoşulmağa yaxındır

Fransalı yarımmüdafiəçi Tyemue Bakayokonun karyerasını harada davam etdirəcəyi müəyyənləşmək üzrədir.

Fanat.Az-ın "L'Equipe" nəşrinə istinadən məlumatına görə, 31 yaşlı futbolçu ölkəsinin "Mets" klubu ilə danışıqlar aparır.

Ötən yay Yunanıstan PAOK-u ilə yollarını ayıran və hazırda azad agent statusu daşıyan Bakayoko Fransaya qayıtmaq istəyir.

Qeyd edək ki, Bakayoko karyerası ərzində "Milan", "Napoli", "Çelsi", "Loryan", "Renn" və "Monako" (hamısı Fransa) kimi klublarda çıxış edib. Təcrübəli oyunçu peşəkar səviyyədə keçirdiyi 341 rəsmi matçda 15 qol və 9 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər