Bahodir Nasimov baş məşqçisiz qaldı

Bahodir Nasimov baş məşqçisiz qaldı
Özbəkistan milli komandasının baş məşqçisi Mircəlal Qasımov istefa verib. Fanat.az xəbər verir ki, buna səbəb komandanın DÇ-2014-ə vəsiqə qazana bilməməsi olub.
Belə ki, Özbəkistan millisi Asiya zonası üzrə pley-off mərhələsində İordaniya ilə qarşılaşıb. Komandalar arasında hər iki oyun 1:1 hesabı ilə başa çatıb və qalib penalti seriyasında müəyyənləşib. "Lotoreyada" İordaniya 9:8 hesabı ilə qalib gələrək, özbəkləri üzüntülərə qərq edib. "Neftçi"nin futbolçusu Bahodir Nasimov da matçın iştirakçısı olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər