Azmun: "Rusiyada depressiyada idim"

Azmun: "Rusiyada depressiyada idim"

"Bayer Leverkuzen"in hücumçusu Sərdar Azmun Rusiyadakı ilk ayları ilə bağlı xatirələrini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Bayer"in rəsmi saytı 27 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

"Rusiyada depressiyada idim. Çox çətin idi, valideynlərim, dostlarım hətta atlarım da məndən uzaqda idi. Mən tək idim. Amma mən iranlıyam və qorxmadım”

Azmun 2013-cü ildə “Rubin”lə müqavilə imzalayaraq Rusiyaya köçüb. 2019-cu ildə iranlı futbolçu "Zenit"ə keçib. Bu ilin yanvarından isə Azmun "Bayer Leverkuzen"in heyətində çıxış edir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər