UEFA-nın "Avropa klublarının futbol mənzərəsi" adlı illik hesabat tədbiri keçirilib.
Fanat.Az xəbər verir ki, qurumun prezidenti Aleksander Çeferin iclasda Avropa futbolunun gələcəyi ilə bağlı gözləntilərini bölüşüb.
54 yaşlı sloveniyalı futbol funksioneri çıxışı zamanı Avropa Super Liqası məsələsinə də toxunub: "Son iki ildə aldığımız dərslərdən biri odur ki, Avropa futbolu yalnız həmrəylik nümayiş etdirərək pandemiya kimi çətinliyin öhdəsindən gələ bilər. “Super Liqa” adlanan layihədən də dərs aldıq. Başa düşdük ki, həmrəyliyimiz hesabına hər şeyə nail ola bilərik. Avropa futbolunda bir neçə azğınların öz şəxsi maraqlarına xidmət edən hərəkətlərinin qarşısı alındı.
Pandemiya bizi daha da gücləndirəcək. Koronavirus böhranı futbolun Avropa həyatın bir hissəsi olduğunu göstərdi. Çoxları üçün futbol əsl həyat xəttinə çevrilib."
Qeyd edək ki, ötən ilin aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlamışdılar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.
Emin