Azərvaycan - Türkiyə oyunu iki kanalda

Azərvaycan - Türkiyə oyunu iki kanalda
Belçika və Hollandiyada keçiriləcək voleybol üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin ilk oyunu canlı yayımlanacaq.
Fanat.az хəbər verir ki, sentyabrın 26-da Türkiyə ilə baş tutacaq matçı iki kanaldan izləmək mümkün olacaq. Belə ki, matçı Azərbaycanın Az.TV, Türkiyənin isə "TRT HD" kanalları efirə verəcək.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 26-dan avqustun 4-dək Belçika və Hollandiyada keçiriləcək. Azərbaycan və Türkiyə B qrupunda yer alıb. Bu qrupda Belçika və Macarıstan da mübarizə aparacaq. Azərbaycan və Türkiyə yığmaları arasındakı oyun sentyabrın 26-da Belçikanın Antverp şəhərinin Merksem rayonundakı "Lotto Arena"da keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər