Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, Bakının “Azərreyl” klubu son tur çərçivəsində Almaniya “Ştutqart”ı ilə üz-üzə gəlib.
Hər iki komanda üçün həyati əhəmiyyət daşıyan qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb. Belə ki, "Azərreyl" istənilən hesabla qalib gələcəyi halda mübarizəni CEV kubokunda davam etdirmək şansı qazanacaqdı.
Ancaq voleybolçularımızın qələbə üçün gücü çatmayıb. Hər üç setdə də sona qədər mübarizə aparan komandamız sonda məğlubiyyətlə barışmalı olub.
VI tur
27 yanvar
A qrupu
Ştutqart (Almaniya) - Azərreyl (Azərbaycan) 3:0 (25:21, 25:23, 25:22)
Hakimlər: Flipp Şürman (Lixtenşteyn), Saşa Stanisiç (İsveçrə).
Ştutqart, ŞARRena.
| 1 | Dinamo | 6 | 5 | 1 | 15-5 | 481-410 | 15 |
| 2 | Lokomotiv | 6 | 4 | 2 | 14-8 | 521-460 | 12 |
| 3 | Ştutqart | 6 | 2 | 4 | 6-13 | 391-356 | 6 |
| 4 | Azərreyl | 6 | 1 | 5 | 6-15 | 431-498 | 3 |
Fanat.az