Azərbaycanlı qapıçı Şahin Zəkiyevin çıxış etdiyi Polşanın "Sokol Slopnitse" komandası növbəti çempionat oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, 4-cü liqada çıxış edən "Sokol Slopnitse" 21-ci tur çərçivəsində "Metal Tarnov"un qonağı olub.
Görüş 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə nəticələnib. Şahin start heyətində yer alıb. Zəkiyevin komandası 5-ci dəqiqədən azlıqda qalıb. Üstəlik, həmin epizodda qonaqların qapısına penalti təyin olunub. Şahin penaltini dəf edərək hesabın erkən açılmasına imkan verməyib. Ancaq fasilə ərəfəsimdə qapısında qol görən slopnitselilər ikinci hissədə daha dörd top buraxıb.
"Sokol Slopnitse" 21 turdan sonra 13 xalla 18 komanda arasında 15-ci yerdədir.
Mirağa