Azərbaycanlı qapıçı Polşada daha 2 penalti qaytardı

Azərbaycanlı qapıçı Polşada daha 2 penalti qaytardı

Polşada legioner həyatı yaşayan azərbaycanlı qapıçı Şahin Zəkiyevin çıxış etdiyi Slopnitse "Sokol"u növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, 4-cü liqa təmsilçisi Polşa Kubokunda "Bruk-Bet Termalika" komandası ilə qarşılaşıb. 

Matç 5:5 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub ki, Şahin Zəkiyev rəqibin 2 "11 metrə"sini dəf edib. Bununla belə, komanda yoldaşları onun əziyyətini heçə endirərək standart zərbələrin yalnız birindən istifadə edə biliblər - 1:3. 

Nəticədə "Sokol" mübarizəni dayandırıb.

Qeyd edək ki, Zəkiyev "Sokol"da meydana çıxdığı 11 oyunda 5 penalti qaytararaq diqqətləri üzərinə çəkməyi bacarıb.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər