Azərbaycanlı Olimpiya çempionunun qızıl medalı əlindən alındı

Azərbaycanlı Olimpiya çempionunun qızıl medalı əlindən alındı

Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən Qazaxıstan ağırlıqqaldırma millisinin əslən azərbaycanlı üzvü Nicat Rəhimov sərt cəzalandırılıb.

Fanat.Az  "Matc TV"yə istinadən xəbər verir ki, 28 yaşlı idmançı 8 il müddətinə diskvalifikasiya olunub. O, həmçinin Olimpiya Oyunlarında qazandığı qızıl medaldan məhrum edilib.

Xatırladaq ki, Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb. Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı.

Rəhimov 2010-cu ildə Azərbaycan bayrağı altında Sinqapur-2010 yeniyetmələrin ilk Yay Olimpiya Oyunlarının qızıl, 2013-cü ildə Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatının isə gümüş medalçısı olub. 2014-cü ildə Qazaxıstan vətəndaşlığına keçən idmançı növbəti il Hyustonda keçirilən dünya çempionatının baş mükafatına yiyələnib, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər