Azərbaycanlı hakimlər Türkiyədə 3 oyun idarə edəcəklər

Azərbaycanlı hakimlər Türkiyədə 3 oyun idarə edəcəklər

Türkiyənin Antalya və Alanya şəhərlərində təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq xarakterli turniri keçirilir.

Fanat.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA-nın Hakimlər Komitəsi tərəfindən FİFA referisi Fəridə Lütfəliyeva, həmçinin referi köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Türkiyəyə ezam olunub.

Onlar turnir çərçivəsində bu gün Estoniya – Kosovo, fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya – Makedoniya oyunlarını idarə edəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər