Azərbaycanlı FİFA referisi Avropa çempionatına təyinat aldı

Azərbaycanlı FİFA referisi Avropa çempionatına təyinat aldı

FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

Ədalət təmsilçisi oktyabrın 23-də İsveçrə – Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə – Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq.

Vüsal Məmmədov isə həmin qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər