Azərbaycanlı cütlükdən dünya çempionatına erkən vida

Azərbaycanlı cütlükdən dünya çempionatına erkən vida

Fransanın Monpelye şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışda bu gün buz üzərində rəqslərdə çıxış edən duetlər mübarizəyə başlayıb.

Azərbaycan təmsilçiləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovski də ritmik rəqsdə bacarığını göstəriblər. Duetimizin çıxışı 49,14 xalla qiymətləndirilib.

Konkisürənlərimiz uğursuzluqla üzləşərək 31 cütlük arasında 29-cu olub. Bununla da sərbəst proqramda çıxış edəcək 20 duet arasına düşməyən idmançılarımız mundialla vidalaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər