Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının şef-de missionu və bayraqdarı müəyyənləşib.
Milli Paralimpiya Komitəsinin (MPK) Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhimovun qərarına əsasən, komitənin idman şöbəsinin müdiri Rauf Mürsəlov yığmanın şef-de-missionu təyin edilib.
İdmançımız Mehman Ramazanzadə isə açılış mərasimində bayrağı daşıyacaq.
Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4-13 mart tarixlərində keçiriləcək. Ölkəmiz tarixdə ilk dəfə Qış Paralimpiadasında təmsil olunacaq. Mehman Ramazanzadə kross-kantri növünün “sprint” kateqoriyasında çıxış edəcək. İdmançımızın yarışı 9 mart 2022-ci il tarixində baş tutacaq.