Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə uduzdu

Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə uduzdu

Azərbaycan cüdoçusu İbrahim Əliyev Tacikistanın paytaxtı Düşənbədə keçirilən qran-pridə bürünc medal qazanmaq şansını əldən verib.

Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə fransalı Benyamin Axusa uduzub.

Eyni çəkidəki Nurlan Osmanov da bürünc medal qarşılaşmasında meksikalı Gilberto Kardosoya yenilib.

Xatırladaq ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb.

Yarış iyunun 4-də başa çatacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər