Bu gün Azərbaycan Premyer Liqasının 3 komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
Fanat.Az xəbər verir ki, “Qarabağ”, “Neftçi” və “Qəbələ” qış hazırlığını bugündən Antalyada keçirəcəklər.
"Qarabağ"
Məkan: Antalya, Belek bölgəsi, "Gloriya Sport" Toplanış müddəti: 19 gün (yanvarın 4-dən 23-nə qədər) Sınaq görüşləri: 3 Oyun cədvəli 13 yanvar - “Poqon” (Polşa) 18 yanvar - “Rakuv” (Polşa) 18 yanvar - “Çukariçki” (Serbiya)
“Neftçi”
Məkan: Antalya, Belek bölgəsi, "Gloria Verde Resort" Toplanış müddəti: 16 gün (yanvarın 4-dən 20-nə qədər) Yoxlama oyunu: 4 Oyun cədvəli: 10 yanvar - “Vaşaş” (Macarıstan) 15 yanvar - “Medz Leqnisa” (Polşa) 15 yanvar - “Baçka Topola” (Serbiya) 19 yanvar - “Srvena Zvezda” (Serbiya)
“Qəbələ”
Məkan: Antalya, Kemer bölgəsi, “Limak Limra” Toplanış müddəti: 13 gün (yanvarın 4-dən 17-nə qədər) Yoxlama oyunu: 2 Oyun cədvəli: 12 yanvar - “Sepsi” (Rumıniya) 16 yanvar - “Teplitse” (Çexiya)
Qeyd edək ki, Premyer Liqanın iki klubu “Zirə” və “Səbail” artıq təlim-məşq toplanışı üçün Türkiyədədir.
Mirağa