Azərbaycanın 4 gimnastı Qətərdə yarışacaq

Azərbaycanın 4 gimnastı Qətərdə yarışacaq

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri martın 1-4-də Dohada (Qətər) keçiriləcək Dünya Kubokunda çıxış edəcək.

Fanat.Az xəbər verir ki, turnirdə İvan Tixonov, Nikita Simonov, Nəzərin Teymurova və Samirə Qəhrəmanova qüvvəsini sınayacaq.

Qeyd edək ki, adıçəkilən gimnastlar ötən həftəsonu Almaniyada keçirilən analoji yarışda iştirak ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər