Azərbaycanın 17 cüdoçusu Malaqada yarışacaq

Azərbaycanın 17 cüdoçusu Malaqada yarışacaq

İspaniyanın Malaqa şəhərində 20-21 mayda gənclər arasında Avropa Kuboku keçiriləcək.

Fanat.Az xəbər verir ki, turnirdə 22 ölkədən 318 idmançı iştirak edəcək. Azərbaycan yarışda 6 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

İdmançılarımız 22-24 may tarixlərində Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Yarışda Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.

-60 kq Nizami İmranov  Nurlan Kərimli  Əli Hacıyev Eltun İmranov Murad Muradlı

-66 kq Samir Piriyev İslam Rəhimov  Aydın Rzayev  Nicat Nağıyev 

-73 kq Süleyman Əliyev Qadir Hüseynov  Vüsal Qələndərzadə 

-81 kq Ömər Rəcəbli  Xəyyam Əliyev

-90 kq Əjdər Bağırov İsmayıl Zamanov 

+100 kq Kənan Nəsibov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər