Azərbaycanın 13 cüdoçusu Madrid yolunda

Azərbaycanın 13 cüdoçusu Madrid yolunda

11-12 iyunda İspaniyanın paytaxtı Madriddə cüdo üzrə böyüklər arasında Avropa Açıq turniri keçiriləcək.

Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Azərbaycanın 13 cüdoçusunun çıxışı planlaşdırılır. Onlardan 10-u kişi, 3-ü qadındır.

Kişilər: Nazir Talıbov, Rəşxan Baxşəliyev (hər ikisi 60 kq), Tofiq Əliyev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Nurlan Osmanov, Zaməddin Poladov (hər ikisi 73 kq), Kərim Məmmədov, Elcan Şəfiyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), İmran Yusifov (+100 kq).

Qadınlar: Leyla Əliyeva (48 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq).

Qeyd edək ki, Avropa Açıq turnirində 51 ölkədən 500-dək idmançının iştirakı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər