Azərbaycanı Polşada bu cüdoçular təmsil edəcəklər

Azərbaycanı Polşada bu cüdoçular təmsil edəcəklər

Avropa Cüdo Birliyinin təqviminə görə 20-21 mayda Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kuboku keçiriləcək. 

Fanat.Az xəbər verir ki, turnirdə 34 ölkədən 804 idmançı iştirak edəcək.

Azərbaycan yarışda 11 çəki dərəsində 10 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

Yeniyetmə qızlar 22-24 mayda Bielsko Bialada təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

Oğlanlar

-50 kq Nihad Məmişov  Məhəmməd Məmişov  Əhməd Rüstəmov

-60 kq Xanəhməd Şərifov 

-66 kq Cəsur İbadlı  Mehdi Cəfərov

-81 kq Hüseyn Eyvazlı

-90 kq Tuncay Şamil

+90 kq Eldar Əliyev  Rəsul Səmədli

Qızlar

-40 kq Nigar Məmişova

-44 kq Aytac Yolçuzadə

-48 kq Vüsalə Hacıyeva

-52 kq Xədicə Qədəşova  Aytən Verdiyeva

-63 kq Kamilla Toholiyeva

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər