Azərbaycanı dünya çempionatında 8 cüdoçu təmsil edəcək

Azərbaycanı dünya çempionatında 8 cüdoçu təmsil edəcək

10-13 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində gənclər arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək.

Azərbaycan idmançıları 6 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 10 avqustda Turan Bayramov (60 kq), 11 avqustda Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), 12 avqustda Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), 13 avqustda isə Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.

Azərbaycan cüdoçuları mundialda baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər