Azərbaycanı avrokuboklarda hansı klublar təmsil edəcək?

Azərbaycanı avrokuboklarda hansı klublar təmsil edəcək?
Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün iştirakçılar müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, bu, Azərbaycan kubokunun final matçından sonra dəqiqləşib. "Keşlə" həlledici matçda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələrək Konfrans Liqasına (KL) vəsiqəni təmin edib.
 
Daha öncə Premyer Liqanın qalibi "Neftçi"nin Çempionlar Liqasında, 2-ci "Qarabağ" və 3-cü olan "Sumqayıt"ın Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşmişdi.
 
Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin  ilk matçları 6-7 iyul, cavab görüşləri 12-14 iyul tarixlərində keçiriləcək. KL-ə isə iyulun 8-i birinci mərhələnin oyunları ilə start veriləcək. 2-ci mərhələdən yarışa başlayacaq Azərbaycan klublarının ilk oyunları 22 və 29 iyulda olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər