Azərbaycanda stadionlara nə qədər azarkeş buraxılacaq? - AÇIQLAMA

Azərbaycanda stadionlara nə qədər azarkeş buraxılacaq? - AÇIQLAMA

Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması idman tədbirlərini də əhatə edəcək.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın Fanat.Az-a verdiyi açıqlamaya görə, bundan sonra stadionlara azarkeşlərin buraxılmasında heç bir məhdudiyyət tətbiq olunmayacaq: 

"Karantin qaydalarının yumşaldılması ilə bağlı qərar bütün kütləvi tədbirlərinə olduğu kimi, idman yarışlarının keçirilməsinə də aiddir. Yəni karantin qaydalarına müvafiq olaraq məhdudiyyətlər aradan qaldırılacaq. Bu o deməkdir ki, bütün yarışlarda stadion və digər idman qurğularının tutumunun 100 faizi qədər azarkeşlərin buraxılmasına icazə veriləcək".

Qeyd edək ki, Azərbaycanda karantin rejimi martın 6-dan etibarən yumşaldılıb.     Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər