Rusiyanın "Ximki" klubu baş məşqçisi Sergey Yuranla yollarını ayırıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Yurnala iş birliyinə son qoyulduğu haqda Müşahidə Şurasının üzvü Roman Teryuşkov məlumat verib.
Teryuşkov 53 yaşlı mütəxəssisin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyini bildirib.
Klub rəsmisi yaxın vaxtlarda baş məşqçiyə kompensasiya ödəniləcəyini də vurğulayıb.
Qeyd edək ki, Sergey Yuranın "Ximki" ilə müqaviləsi 2022/2023 mövsümünün sonunda başa çatmalı idi. Fevralda baş məşqçi təyin olunan mütəxəssis 2008 və 2020-ci illərdə də bu komandaya rəhbərlik edib. Yuran 2011-ci ildə Azərbaycanda "Simurq"da eyni vəzifəni yerinə yetirib.