Azərbaycanda cüdonun 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxıldı

Azərbaycanda cüdonun 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxıldı

Azərbaycan Cüdo Federasiyası “Azərpoçt” MMC ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan poçt markasını təqdim edib.

Fanat.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Mauris Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev tərəfindən poçt markasının söndürülməsi mərasimi həyata keçirilib.

“Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarusun Bobruysk şəhərinin “Bobruisk Integrated Printing House” çap evində 48 000 ədəd tirajla çap olunub. Buraxılış 8 markadan ibarət kiçik vərəq şəklindədir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər