Azərbaycanda cüdonun 50 illiyi ilə bağlı film təqdim edildi

Azərbaycanda cüdonun 50 illiyi ilə bağlı film təqdim edildi

Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyinə həsr edilən “Kamillik yolu” sənədli filmi Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında və sosial səhifələrində izləyicilərə təqdim edilib.

Fanat.Az xəbər verir ki, sənədli filmdə Azərbaycan cüdosunun 50 ildə keçdiyi yola qısa nəzər salınır, cüdomuzun keçmişi, bugünü və gələcəyi haqqında cüdo ailəsinin tanınmış nümayəndələrinin fikirləri təqdim edilir. 

Sənədli film Azərbaycan Cüdo Federasiyasının sifarişi ilə “Peachline” şirkəti tərəfindən hazırlanıb. Ekran işinin quruluşçu rejissoru Ülviyyə Könül, ssenari müəllifi isə İsmayıl İmandır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər