Azərbaycan yığmasından son oyunda darmadağın

Azərbaycan yığmasından son oyunda darmadağın

Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın U-17 komandasına qarşı keçirilmiş qarşılaşma 3:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.

U-16-nın qollarını Əli Qurbanov, Ziya Şəkərxanov və Ümid Səlimov vurub.

Xatırladaq ki, U-16 əvvəlki oyunlarda “Neftçi”nin U-17 komandasını 1:0 məğlub etmiş, “Sabah”ın U-17 komandası ilə isə 1:1 hesablı heç-heçə oynamışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər