Azərbaycan yığmasından BƏƏ-də növbəti heç-heçə

Azərbaycan yığmasından BƏƏ-də növbəti heç-heçə

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışını başa vurub. 

Fanat.Az xəbər verir ki, komandamız bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb. Millimizin heyətində Elgün Arazlı fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyun da heç-heçə nəticələnmişdi - 1:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər