Aprelin 17-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası aprelin 22-dən 28-dək Rumıniyanın paytaxtı Buxaretsdə keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, komandamız bu turnirdə aşağıdakı rəqiblərlə mübarizə aparacaq:
Azərbaycan - Ukrayna 23 aprel. Buftea Futbol Mərkəzi. Saat 12:00 Rumıniya - Azərbaycan 25 aprel. Buftea Futbol Mərkəzi. Saat 17:00 Yunanıstan - Azərbaycan 28 aprel. Buftea Futbol Mərkəzi. Saat 11:00
Oyunların təqvimini və hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Firuzə Bayramova - Dinamo (Balakən) 2. Nərgiz Ağaliyeva - Baku Sporting 3. Pərişan Abdullayeva – Xırdalan Siti 4. Məsumə Nəzərli - Neftçi 5. Vahidə Əlipaşayeva - İnter (Xaçmaz) 6. Aygün Novruzova - Xırdalan Siti 7. Ləman Əliyeva - UGİM Naftalan 8. Arzu Cəfərova - Baku Sporting 9. Ülviyyə İslamova - İnter (Xaçmaz) 10. Xanım Əsədova - 8-RİOEUGİM 11. Ayşən Salamzadə - Neftçi 12. Bədriyyə Mövludova - İnter (Xaçmaz) 13. Adelina Ağayeva - Xırdalan Siti 14. Səma Əsədova - Gömrükçü 15. Aysel Cumayeva - Balxurma 16. Arzu Ağalıyeva - Baku Sporting 17. Alina İsrafilova - Xırdalan Siti 18. Ella Əmirova - Baku Sporting 19. Natella Məmmədova - Baku Sporting 20. Günay Sultanlı - Xırdalan Siti
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.